21 yaşlı qız sirkə turşusu içərək intihara cəhd etdi - Bakıda

11 Yanvar 2017 10:15 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Yasamal rayonunda baş verib.

Belə ki, İsmayıl Qutqaşınlı küçəsi ev 27-də yaşayan 1996-cı il təvəllüdlü Qasımzadə Sevər intihar etmək məqsədilə sirkə turşusu içib. S.Qasımzadə yaxınlarının köməkliyi ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Yasamal Rayon Prokurorluğunun əməkdaşları araşdırma aparır.

AzNews.az