17 gün əvvəl özünü binadan atan 27 yaşlı qız xəstəxanada öldü

11 Yanvar 2017 10:22 (UTC+04:00)

Suraxanı Rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, ötən il dekabrın 25-də Yeni Günəşli qəsəbə sakini, 1990-cı il təvəllüdlü Nərminə Firuddin qızı Paşayeva yaşadığı binanın 3-cü mərtəbəsindən özünü atıb.

Xəstəxanaya yerləşdirilən N Paşayeva ötən gün orada dünyasını dəyişib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

AzNews.az