“Transneft” Azərbaycan neftinin nəqlini bərpa etdi

11 Yanvar 2017 12:55 (UTC+04:00)

Trend xəbər verir ki, bunu jurnalistlərə şirkətin rəsmi nümayəndəsi İqor Dyomin deyib.

Onun sözlərinə görə, “Daqneftprodukt” bu gün işə başlamağa hazır olduğunu bildirib və səhər saat 10:00-dan etibarən Bakıdan neftin nəqli bərpa olunub.

Qeyd edək ki, "Daqnefteprodukt" ASC təmir işləri ilə əlaqədar Azərbaycan neftinin nəqlini dayandırmışdı.

AzNews.az