Qadın dərman həbləri içərək intihara cəhd etdi - Bakıda

11 Yanvar 2017 15:51 (UTC+04:00)

"Report"un xəbərinə görə, hadisə Xətai rayonunda baş verib.

Belə ki, Sarayev küçəsindəki evlərdən birində 39 yaşlı A.Q intihar etmək məqsədilə bir neçə dərman həbi içib. Yaxınları onu 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə çatdırıblar. Həkimlərin səyləri nəticəsində onun həyatını xilas etmək mümkün olub. Onun vəziyəyti orta ağırdır.

Faktla bağlı hüquq-mühafizə orqanı əməkdaşları tərəfindən araşdırma aparılır.

AzNews.az