Madonna Obamayla vidalaşdı: “Heç vaxt sənin kimi biri olmayacaq!”

11 Yanvar 2017 17:20 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Demokratlarlar partiyasına yaxınlığı ilə seçilən müğənni bundan sonra Obama kimi prezidentin olmayacağını bildirib:

“Xudahafiz, cənab prezident! Heç vaxt sənin kimi biri olmayacaq! Barak Obama”.

Qeyd edək ki, ötən il noyabrın 8-də ABŞ-da prezident seçkiləri keçirilib. Seçkilərdə Respublikaçılardan Donald Tramp qələbə qazanıb. Seçkiöncəsi Madonna Demokratların namizədi Hillari Klintonu dəstəkləyərək onun lehinə səs verənlərə qəribə təklif irəli sürüb. O, Klintona səs verənlərlə inti münasibətdə olacağını vəd edib.

Aydan