Tramp ilk mətbuat konfransını keçirir - Rusiya ABŞ-a qarşı kiberhücumlar edib - Yenilənib

11 Yanvar 2017 21:11 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Tramp bildirib ki, Rusiyadan başqa digər ölkələr də ABŞ-a qarşı kiberhücumlar törədir.

Tramp yenidən prezident Barak Obama tərəfindən qəbul edilmiş səhiyyə islahatını ləğv edəcəyini təkrarlayıb.

O, həmçinin yanvarın 20-də prezident postuna gəldiyi gün Meksika sərhəddində divarın tikintisi ilə bağlı göstəriş verəcəyini deyib.

***

ABŞ-ın yeni seçilmiş prezident Donald Tramp mətbuat konfransına onunla bağlı yayılan qalmaqallı məlumatlara münasibət bildirməklə başlayıb.

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, Tramp KİV-də yayılan məlumatların həqiqətə uyğun olmadığını bildirib. Mətbuata bu lazımsız informasiyalara əhəmiyyət vermədiyi üçün təşəkkür edib.

Tramp bildirdi ki, Rusiya prezidenti Vladimir Putinlə "yola getməyə" hazırdı. O, Rusiyayla birlikdə İŞİD-ə qarşı birgə mübarizə aparacağına ümid edir.

Həmçinin, çıxışı zamanı Tramp ABŞ-da iş yerlərini maksimal dərəcədə artıracağına söz verib:

“Bir çoxları düşünür ki, mən ölkədə ən böyük iş yerlərinin yaradıcısı olacam. ”

Tramp mətbuat konfransına qızı İvanka Tramp və kürəkəni Cared Kuşnerlə birlikdə gəlib.

Adətən, ABŞ-ın yeni seçilmiş prezidentləri seçkidən dərhal sonra mətbuat konfransı keçirir.