Meksika pesosu ucuzlaşaraq, tarixi minimumuna endi - Trampa görə

12 Yanvar 2017 00:00 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, ölkə valyutası Trampın Meksika sərhəddinə divar hördürməsi ilə bağlı açıqlamasından sonra tarixi enişini yaşayıb.

Meksika pessosu bir dollara nəzərən 22,0404-a enib. Bu isə ölkənin valyuta tarixində ən zəif göstəricidir.

Maraqlıdır ki, Trampın mətbuat konfransından sonra Amerika valyutası, yəni dollar da ucuzlaşmağa başlayıb.