Türkiyənin məşhur aktyoru Şamaxıya toya gəlib – EKSKLÜZİV

26 Yanvar 2013 10:55 (UTC+04:00)


Türkiyənin məşhur aktyoru və televiziya aparıcısı Bəyazit Öztürk (Bəyaz) dünən Şamaxıda toyda iştirak edib. AzNews.az-a daxil olan məlumata görə, rusiyalı iş adamının qızı ilə azərbaycanlı bəyin toyuna dəvət olunan Bəyaz çıxış edib.

Qeyd edək ki, Türkiyənin məşhur sənətçilərinin Azərbaycan toylarına dəvət olunması adi hal alıb. Belə ki, daha çox paytaxt daxil olmaqla, Gəncə, Şəmkir, Quba və başqa rayonların toylarında məşhur xarici sənətçilər dəvət olunublar.

Fuad Mədətov
AzNews.az