Şəmkirdə ev yandı - Kirayəşin yanaraq öldü + Foto

12 Yanvar 2017 11:29 (UTC+04:00)

ARB Kəpəz xəbər verir ki, Yeni Həyat kəndində vətəndaşa məxsus ümumi sahəsi 200 m2 olan, birmərtəbəli 3 otaqlı evin dam örtüyü 60 m2 sahədə, 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m2 sahədə yanıb. Yanğının kəşfiyyatı zamanı 51 yaşlı Rafiq Quliyevin yanmış cəsədi yanğınsöndürənlər tərəfindən aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Yaxınlarının sözlərinə görə, Daşkəsən sakini olan Quliyev orada kirayədə yaşayırmış. Evin qalan hissəsi alovdan mühafizə olunub. Hadisənin səbəbləri araşdırılır.

AzNews.az