Türkiyə vətəndaşlığı almaq üçün - 4 şərt

12 Yanvar 2017 11:42 (UTC+04:00)

Trend-in məlumatına görə, dəyişikliklərə əsasən bu şərtlərdən birini yerinə yetirən əcnəbi şəxslər Türkiyə vətəndaşlığına qəbul edilə bilər:

- 3 il ərzində satmamaq şərtilə ən azı 1 milyon dollar dəyərində daşınmaz əmlak alan;

- Ən azı 2 milyon dollar dəyərində sabit sərmayə yatıran;

- Türkiyədə fəaliyyət göstərən banklarda 3 il toxunmamaq şərtilə ən azı 3 milyon dollarlıq hesab açan və ya 3 il saxlamaq şərtilə bu dəyərdə qiymətli kağızlar alan;

- Ən azı 100 nəfərlik iş yeri açan əcnəbilər.

AzNews.az