Ayın yaşını müəyyən etdilər- 4,51 milyard il

12 Yanvar 2017 11:55 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Kaliforniya Universitetin alimlərinin gəldiyi qənaətə görə, ayın 4,51 milyard il yaşı var. Bu nəticəyə gəlmək üçün alimlər ayın səthindən götürülmüş nümunələrdən istifadə ediblər. Bu nümunələr Ayın səthindən 1971-ci ildə “Apollon-14” kosmik gəmisinin astronovtları tərəfindən götürülüb.