Tovuzda qaz balonu partladı - 43 yaşlı kişi yandı (Video + Foto)

12 Yanvar 2017 12:42 (UTC+04:00)

ARB TV xəbər verir ki, Tovuzun Bayramlı kəndində partlayış baş verib.

Kənd sakini 43 yaşlı Fərmayıl Abdulov yaşadığı evdə qaz balonunu yandıran zaman partlayış olub.

Hadisə zamanı Abdulov üzün və əlin termiki yanığı xəsarətləri alıb. O dərhal Tovuz Mərkəzi xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.

Fakt araşdırlır.