Nardaran hadisələri ilə bağlı daha bir dəstənin məhkəməsi başlayır

12 Yanvar 2017 13:13 (UTC+04:00)

APA-nın məlumatına görə, cinayət işi baxılmaq üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. İş hakim Zeynal Ağayevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası yanvarın 19-da keçiriləcək.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Nardaran qəsəbəsində keçirdiyi əməliyyat nəticəsində “Müsəlman Birliyi” hərəkatının rəhbəri Taleh Kamil oğlu Bağırov, Elman Seydəmir oğlu Ağayev, Zülfüqar Sədrəddin oğlu və digərləri saxlanılıb.

Əməliyyat zamanı 2 polis əməkdaşı, 4 qəsəbə sakini həlak olub.

Nardaran hadisələri ilə bağlı saxlanılan şəxslərin cinayət işi üzrə istintaq bir neçə yerə ayrılıb. Onlardan Taleh Bağırov və digər 18 nəfərin cinayət işi üzrə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində proses keçirilir. Taleh Bağırovun müavini olan Elçin Qasımov və digər 12 nəfərin cinayət işi üzrə istintaq isə bir müddət əvvəl yekunlaşıb. Hazırda onların da məhkəmə prosesi davam edir.

AzNews.az