Köhnə sürücülük vəsiqələri də dəyişdiriləcək?

12 Yanvar 2017 14:50 (UTC+04:00)

Yeni əlavələrdən sonra vətəndaşlarda olan bütün sürücülük vəsiqəsi dəyişdirilə bilərmi?

Məsələ ilə bağlı Modern.az-a danışan Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, bu, hələ ki nəzərdə tutulmur

“Köhnə sürücülük vəsiqələrinin dəyişdirilməsi barədə bir yenilik yoxdur. Yeni sürücülük vəsiqəsi alanlardan kim ki avtomat transmissiyalı avtomobillərdə imtahan verirsə, ona ancaq avtomat transmissiyalı avtomobilləri idarə etmə icazəsi verilir. Bu, sürücülük vəsiqəsində xüsusi qeyddə 2 hərflə qeyd olunur. Qeyd qismində “AT” hərfləri vurulur. Sürücülük vəsiqəsində bundan başqa heç bir dəyişiklik yoxdur. İndiyə qədər kim mexaniki transmissiyalı sürət qutusu olan avtomobillə imtahan verib sürücülük vəsiqəsi alıbsa, yeni əlavə onlara aid deyil”.

AzNews.az