Davudoğludan şok sənəd - “Rus qırıcısını vuran...”

12 Yanvar 2017 14:59 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, məlumatda Davudoğlu Rusiya hərbi təyyarəsini vuran pilotun FETÖ üzvü olması barədə məlumatın təsdiqini tapmadığını bildirib.

Onun sözlərinə görə, Baş Qərargah rəisi pilotun keçmişinin və münasibətlərinin araşdırıldığını, konkret bir əlaqənin aşkar olunmadığını qeyd edib.

2015-ci il noyabrın 24-də Türkiyənin hava sərhəddini keçən Rusiya hərbi təyyarəsi xəbərdarlıqlara məhəl qoymadığı üçün vurulmuşdu. Bundan sonra Türkiyə və Rusiya hökumətləri arasında bir müddət soyuqluq yaranmışdı.

Aydan