Yük maşını ilə “LADA” toqquşdu - Yanğın baş verdi

12 Yanvar 2017 17:04 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşlara məxsus “KAMAZ” markalı yanacaq daşıyan yük avtomobili ilə “LADA” markalı minik avtomobilininin toqquşması nəticəsində yanğınla nəticələnən yol qəzası baş verib. Nəticədə yanacaq daşıyan avtomobilin yanar hissələri və ətrafa dağılan yanacaq yanıb.

Digər avtomobil yanğından mühafizə olunub.

Yanğın saat 13.58-də yanğınsöndürənlər tərəfindən söndürülüb.