Sabah yağış yağacaq

26 Yanvar 2013 11:35 (UTC+04:00)



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilir ki, yanvarın 27-də Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam yağış yağacağı gözlənilir. Bəzi yerlərdə duman gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 3-7° isti, gündüz 7-12° isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında yanvarın 27-də yağıntılı olacağı, axşam dağlıq rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir.

Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 2-7° isti, gündüz 11-16° isti, dağlarda
gecə 4° şaxtadan 1°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.

AzNews.az