Dubay əmirinin 15 yaşlı qızından nümunəvi hərəkət - Video

12 Yanvar 2017 20:49 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, Rəşid əl Məktum xalqının yaşayış şəraitini yaxşılaşdırmaq üçün müxtəlif dövlət layihələri həyata keçirir. Bunlardan biri də supermarketlərdə və mehmanxanalarda artıq qalan qidalardan ibarət “Qida bankı”nın yaradılmasıdır.

Bu layihənin əhəmiyyətini vurğulamaq üçün, əmir öz qızını da bu işə cəlb edib. 15 yaşlı Şammu qidalanların paylanması üçün keçirilən ilk aksiyada aktiv iştirak edib.

Əmir öz İnstagram səhifəsində aksiya ilə bağlı video da paylaşıb. Paylaşımın altında öz qızı ilə fəxr etdiyini, nümunəvi övlad olduğu üçün ona təşəkkür yazıb.

فخور بابنتي شما التي شاركت اليوم في أول نشاط تطوعي لبنك الامارات للطعام ... مشاريع ومبادرات الامارات الانسانية تهدف الى أحداث فرق حقيقي في حياة الكثيرين Proud of my daughter Shamma who contributed today in the first volunteering activity as part of UAE Food Bank initiative. Our philosophy in the humanitarian work is simple .. Always lead by example.

A video posted by Mohammed bin Rashid Al Maktoum (@hhshkmohd) on Jan 10, 2017 at 9:03am PST