Azərbaycanda benzinin qiyməti artdı

13 Yanvar 2017 09:19 (UTC+04:00)

Lent.az-ın xəbərinə görə, artıq yanacaqdoldurma məntəqlərində yeni qiymətlər tablolara vurulub.

"AI-95 Premium" markalı benzinin yeni qiyməti 1,05 AZN olub. Bu markalı benzinin bundan əvvəlki qiyməti 0.95 AZN olub.

Qeyd edək ki, qiymət artımı Azərbaycanda istehsal olunan və çoxluğun istfadə etdiyi “AI-92” markalı benzinə şamil edilməyib.

“AI-92” markalı benzinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

"AI-95” Premium markalı benzin isə ölkəyə xaricdən gətirilir və qiyməti sərbəst təyin edilir.

AzNews.az