Obamanın qızlarına məktub - Onlar bal ayımızın şahidi olub

13 Yanvar 2017 10:00 (UTC+04:00)

AzNews.az “Time” qəzetinə istinadən xəbər verir ki, Barbara və Cenna Obamanın qızları Malia və Saşaya Ağ Evdən kənardakı həyata dair məsləhətlər veriblər.

“İndi siz sabiq prezidentlərin uşaqlarının klubuna daxil olacaqsınız, o mövqe ki, ona can atmırdınız”, -deyə məktubda qeyd olunub.

Məktubda Barbara və Cenna Buş Ağ Evdə çalışanları, xüsusilə də nəbatətçi Nensini unutmamağa çağırırlar və ABŞ Məxfi Xidmətinin agentlərilə əlaqəni saxlamağı məsləhət görürlər: “Biz Məxfi Xidmətlə əlaqəni saxlayırıq. Onun əməkdaşları bizim böyüməyimizin şahidi olublar: ilk görüşlər, nişanlanmalar və hətta bal ayı. Biz bilirik ki, heç də hər şey asan olmayıb. Siz də bizim kimi yeniyetmə olmusunuz. Bu zaman həmin insanlar sizi daima izləyiblər. Onlar sizə görə həyatlarını riskə atıblar”.

Məktubdab qızlar həmçinin, Obamanın qızlarının Ağ Evin ağır təzyiqlərinə dözdüklərini, yad insanlardan valideynlərinin ünvanına sərt tənqidlər eşitdiklərini də qeyd ediblər.

Yanvarın 20-də ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın inaqurasiyası baş tutacaq. Elə həmin gün Barak Obama ailəsilə birlikdə Ağ Evi tərk edəcək.

Aydan