Fransanın Sorbon Əbu-Dabi universiteti əməkdaşlığa başladı- Qərb Universiteti ilə

13 Yanvar 2017 13:51 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Qərb Universitetində Paris-Sorbon Əbu-Dabi universitetinin (PSUAD) fransız dili təməl mərkəzinin açılış mərasimi keçirildi.

Açılış mərasimində Paris-Sorbon Əbu-Dabi universitetinin rektoru professor Erik Fuaş, Fransanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri xanım Orelia Buşez, PSUAD-ın biznes inkişaf üzrə məsləhətçisi cənab İmran Muxtarov və Qərb Universitetinin rəhbərliyi iştirak ediblər.

Paris-Sorbon Əbu-Dabi Universiteti XII əsrdə əsası qoyulmuş Paris Sorbon Universitetinin təhsil sahəsindəki əlamətdar irsini davam etdirir. Bu əməkdaşlıq çərçivəsində Qərb Universitetində fəaliyytə başlayan fransız dili təməl proqramını müvəfəqiyyətlə bitirən tələbələr Paris-Sorbon Əbu-Dabi Universitetinin diplomunu əldə edəcək və birbaşa Fransanın istənilən universitetlərində təhsillərini davam etdirmək imkanı əldə edəcəklər.

Fransız dilinin tədris proqramı “Dillərin öyrənilməsi, tədrisi və qiymətləndirilməsi üzrə ümumavropa çərçivə sənədi”nin (CECR) tərkib hissəsidir və fransız dili təməl proqramının tədrisi təkmilləşmiş yüksək ixtisaslı professor heyəti tərəfindən həyata keçirilir.