Turqut Özalın ölümündən bəhs edən film çəkilir

26 Yanvar 2013 12:27 (UTC+04:00)




Türkiyənin 8-ci prezidenti Turqut Özalın ölümü haqda bədii film çəkilir. AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, filmin ssenari müəllifi jurnalist və yazıçı Avni Özgürəldir.

Türkiyənin "TFT Production" şirkətinin üzərinə götürdüyü filmin çəkilişlərinə dekabr ayının son günlərində başlanılıb.

"Ən uzun qısa yol" adlandırılan bədii filmində Turqut Özalın Çankaya Köşkündə infarkt keçirdiyi andan, Hacettəpə Xəstəxanası Təcili Yardımına qədər baş verən hadisələr yer alıb.

Jurnalist A.Özgürəl ssenarinin təfərrüatları üçün Özal ailəsi ilə görüşüb. O, ailənin dəstəyini alaraq, mərhum prezidentin oğlu Ahmet Özalla razılğa gəlib.

"Avni Özgürel kimi atamı yaxşı tanıyan, dövründə yaşananların arxa planını bilən bir jurnalistin qələmindən əks olunacaq canlandırmayla bağlı detalları dinlədiyimdə çox həyəcanlandım... Filmin ərsəyə gəlməsi üçün ailə tərəfindən mümkün olan bütün dəstəyi verəcəyik", - A.Özal deyib.

Fuad Mədətov
AzNews.az