“Ya o komandalar Azərbaycanı təmsil edərək iştirak edəcəklər, ya da...” - Nazir müavini

13 Yanvar 2017 15:27 (UTC+04:00)

APA-nın xəbərinə görə, bunu gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib. O bildirib ki, bu gün beynəlxalq federasiya bu məsələyə öz münasibətini açıqlamalıdır: "Ya o komandalar orada Xankəndi adı altında Azərbaycanı təmsil edərək iştirak edəcəklər, ya da həmin komandalar yarışmadan ayrılmalıdırlar. Bunlar olmayacağı təqdirdə, Azərbaycan komandası yarışda iştirakdan imtina etmək hüququna malikdir. Bu haqda beynəlxalq federasiya rəhbərliyinə məlumat verilib”.

Nazir müavini onu da əlavə edib ki, Şən və Hazırcavablar Klubu Azərbaycanın uzun müddət iştirak etdiyi beynəlxalq bir hərəkatdır və Azərbaycanın da bu yarışmada kifayət qədər uğurları var.

AzNews.az