Hirkan Milli Parkında yanğın baş verdi

13 Yanvar 2017 19:25 (UTC+04:00)

AzNews.az Ekologiya və Təbii sərvətlər nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, yanğın baş verən əraziyə dərhal Nazirliyin əməkdaşları və kənd sakinləri cəlb olunub, qısa müddət ərzində yanğın tam lokallaşdırılaraq söndürülüb.

Naməlum səbəblərdən baş verən yanğın nəticəsində tökülmüş quru xəzəl və çürüməkdə olan oduncaq qalıqları yanıb, yanğının ağaclara keçməsinin qarşısı alınıb.

Hazırda yanğın baş vermiş əraziyə Milli Parkın əməkdaşlarından təşkil edilmiş operativ qrup nəzarət edir.