“Dağlıq Qarabağ Respublikası”nın komandası KVN-nin beynəlxalq festivalında iştirak etməyib - Maslyakovdan açıqlama

13 Yanvar 2017 21:41 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, “Şən və Hazırcavablar Klubu”nun aparıcısı Aleksandr Maslyakov belə deyib:

“Redaktorların yoxlaması nəticəsində, festivalın heç bir günündə “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən oyunçunun olmadığı aşkar edilib. Festivala dəvət KVN-nin saytı vasitəsilə qeydiyyatdan keçənlərə edilir. KVN həmişə siyasətdən kənar və millətlərarası münaqişələrin qızışmasının qarşı olub. KVN sadəcə gənclər hərəkatıdır. Təkcə Rusiyada yox, digər ölkələrdə də məşhurdur. KVN-də komandalar oynayır, dövlətlər yox ” - Maslyakov məsələyə şərh edərkən belə deyib.

Onun sözlərinə görə, KVN-nin 55 illik tarixində heç vaxt belə bir konflikt olmayıb.

Qeyd edək ki, daha əvvəl mətbuatda qondarma respublikanı təmsil edən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət olunması barədə məlumatlar yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyi məsələ ilə bağlı bəyənat yayaraq təəssüf və narazılığını ifadə edib.