Təbrizdə tunel çökdü - ölən və yaralananlar var - Fotolar

13 Yanvar 2017 21:54 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, insident Təbrizin Xaqani küçəsində baş verib.

Hadisə nəticəsində dağıntılar altında qalaraq yaralanan daha 2 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisə fəhlələr tuneldə işlədiyi zaman baş verib. Tunel Təbrizi elektrik enerjisi ilə təmin etmək üçün 500 meqavatlıq elektrik kabelləri ötürmək məqsədi ilə qazılırmış. Onun uzunluğu 4 kilometr, eni 12, hündürlüyü isə 2.5 metrdir.