Çılpaq qadın polis maşınını qaçırdı - Amerikada şok hadisə - Video

13 Yanvar 2017 22:13 (UTC+04:00)

AzNews.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Arizona ştatında baş verib.

Yolda çılpaq qaçan qadın şerifin köməkçisinə yaxınlaşaraq zorlandığını bildirib. Şerif maşından düşərək qadın üçün paltar axtarıb. Bu vaxt sükan arxasında oturan qadın maşını qaçırıb.

Polis bir saata yaxın şossedə 160 km sürətlə maşın sürən qadının arxasınca düşüb. Qadın ələ keçdikdən sonra məlum olub ki, o, qadağan olunmuş preparatların təsiri altında olub. Zorlanma haqda məlumatsa təstiqini tapmayıb.

Hüquq-mühafizə orqanları qadını maşını qaçırmaqda, polisə müqavimət göstərməkdə və yalan məlumata görə ittham edir.