Bakıda sərnişin avtobusu çuxura düşdü - Foto

14 Yanvar 2017 09:45 (UTC+04:00)

AzNews.az Milli.Az-a istinadən xəbər verir ki, Mehdiabad qəsəbəsindən Azadlıq prospekti metrostansiyasına doğru hərəkət edən 147 nömrəli sərnişin avtobusu Binəqədi şosesində çuxura düşüb. Dərin çuxura düşən avtobus orada qalıb. Avtobusdakı sərnişinlər arasında xəsarət alan olmayıb. Sərnişinlər avtobusdan düşürülüblər.