Bakıda magistral yolda zəncirvari qəza - 3 nəfər ağır yaralandı

14 Yanvar 2017 11:18 (UTC+04:00)

AzNews.az Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayon Polis İdarəsinin müstəntiqi Yanar Əliyevin salamnews-a verdiyi məlumata görə, qəza zamanı altı avtomobil toqquşub. Yol-nəqliyyat hadisəsi nəticəsində üç nəfər - 50 yaşlı Füzuli Mərdanov, 60 yaşlı Mahir Zeynalov və 43 yaşlı Anar Hüseynov xəsarət alıblar və təcili tibbi yardım maşını ilə 1 nömrəli xəstəxanaya gətiriliblər. Hər üç yaralı kəllə beyin travması alıb, vəziyyətləri orta-ağır hesab olunur.

Faktla əlaqədar Yasamal rayon Polis İdarəsi tərəfindən araşdırmalara başlanılıb. Hadisə səhər saatlarında baş verdiyindən yolda tıxac yaranıb.