"Nəzakət Teymurova mənim Leylim idi"- Xalq Artisti

14 Yanvar 2017 11:48 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında Xalq artisti, “Leyli və Məcnun” tamaşasında Məcnun rolunun ifaçısı Mənsum İbrahimov Nəzakət Teymurovanın Opera və Balet Teatrından ayrılmasına münasibət bildirərkən deyib. O, Nəzakət Teymurovanın Azərbaycan xalqına və mədəniyyətinə yüksək səviyyədə xidmət etdiyini qeyd edib: “Nəzakət xanım səhnədə əsl Leyli idi. O, çox gözəl ifaçıdır, əvəzsiz sənətkardır. Uzun müddət Opera və Balet Teatrında fəaliyyət göstərib. Mənimlə tərəf müqabili, yəni “Leyli və Məcnun” tamaşasında mənim Leylim olub. Onunla hardasa 80-dən yuxarı tamaşa oynamışıq. Nəzakət xanımdan sonra mənim 9 nəfər tərəf müqabilim olub. Təbii ki, hər kəsin öz yeri var”.

Mənsum İbrahimovun sözlərinə görə, bu gün Opera və Balet Teatrında 6-dan yuxarı Leyli var: “Leylini mən təyn etmirəm. Teatrın repertuarı var, ona görə təyin edilir. Mən heç bir vaxt "Leyli"lər arasında ayrıseçkilik etməmşəm. Bütün ifaçların öz tamaşaçıları var.”

Bahar RÜSTƏMLİ

AzNews.az