Kamran Ağayevin klubu bu gün Portuqaliya çempionatında liderlə görüşəcək

14 Yanvar 2017 11:38 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, rəqib çempionatın lideri "Benfika" olacaq. Bakı vaxtı ilə saat 20:00-da başlanacaq görüş Lissabondakı "Eştadiu da Luj" stadionunda keçiriləcək.

"Boavişta"nın qapısını yenə Azərbaycan millisinin üzvü Kamran Ağayevin qoruyacağı gözlənilir. Emin Mahmudovun isə start heyətdə meydana çıxacağı ehtimalı azdır.

Qeyd edək ki, 16 turdan sonra "Boavişta" 20 xalla 10-cu pillədə qərarlaşıb. İlk pillədəki "Benfika"nın isə 41 xalı var.