6 nəfərə qarşı dələduzluq edən şəxs tutuldu - Bakıda

14 Yanvar 2017 12:29 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il yanvarın 29-dan dekabrın 30-dək olan müddətdə Bakı şəhər sakini olan 6 nəfərin ümumilikdə 3300 manat pulunu dələduzluq yolu ilə almaqda, habelə 1 nəfərin bankomat kartından 500 manat pul oğurlamaqda şübhəli bilinən paytaxt sakini Mübariz Quliyev tutulub.