3 nəfərdən silah götürüldü

14 Yanvar 2017 12:41 (UTC+04:00)

AzNews.az Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, Neftçala RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Sayıl Sayılovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

Həmin gün Qəbələ RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Əflatun Ağamoğlanovdan müvafiq sənədləri olmayan "TOZ-16" markalı tüfəng götürülüb.

Saatlı RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə rayon sakini Niyaməddin Cəfərovdan müvafiq sənədləri olmayan "TOZ-63" markalı tüfəng götürülüb.