Çində 19 maşın toqquşdu - Ölən və yaralananlar var

14 Yanvar 2017 12:58 (UTC+04:00)

AzNews.az xariic KİV-lərə istinadən xəbər verir ki, hadisə nəticəsində 6 nəfər ölüb, 15 nəfər yaralanıb. Qəzada toqquşan maşınlardan bəziləri alışıb.

Hadisənin baş verdiyi əraziyə çox sayda təcili tibbi yardım maşını cəlb edilib.

Qəzanın baş vermə səbəbləri hələ ki məlum deyil.