Xalq artistinin işdən çıxmasına reaksiya: "Bu həmin Mədinədir ki..."

14 Yanvar 2017 13:11 (UTC+04:00)

Bunu AzNews.az-a açıqlamasında tanınmış rəqqas Şəhriyar Cəfərov deyib. Rəqqas Mədinə Əliyevanı qorxaqlıqda ittiham edib:

“Allahın bir bildiyi var. Hamının bir sonu var. Teatrda aləm qarışıb. Zamanında Rəfiqə Axundova kimi sənətkar teatrdan uzaqlaşdırılanda Mədinə Əliyeva səsini belə çıxarmadı. Mən işdən çıxarılanda etiraz etdim. Mədinə Əliyeva mənə qarşı çıxış elədi, arxamda dayanmadı. Bu həmin Mədinədir. Atdığın daş nə zamansa sənin özünə qayıdır. Mən mübarizə apardım. Amma sən? Sən sadəcə ərizə yazdın, uduzdun. Mübarizə aparmadın, qorxdun. Halbuki sənin mübarizə imkanların var. Nədən qorxursan? Hər naliyyətini almısan, bundan sonra sənə nə lazımdır? Sən heç bir vaxt mübarizə aparmadın.”

Şəhriyar Cəfərov teatrın balet truppasının bədii rəhbəri təyin olunan Kamilla Hüseynovanın Mədinə Əliyeva səviyyəsində olmadığını qeyd edib:

“Kamilla atasının köməkliyi sayəsində irəli gedib. Nə var ki, atası bir neçə tamaşaya sponsorluq edib. Zəhmətkeş qızdır, amma o, Mədinə xanım səviyyəsində deyil. Hazırda o vəzifədə Mədinə Əliyeva oturmalı idi. Onun sənəti yüksəkdir. Düzdür, insan kimi qorxaqdır. İndi mən onun bu halına sadəcə gülürəm.”

Xalq artisti, baletmeyster, Opera və Balet Teatrının balet truppasının bədii rəhbəri Mədinə Əliyeva öz ərizəsi ilə işdən ayrılıb.

Hazırda bu vəzifəyə Kamilla Hüseynova təyin olunub.

Bahar RÜSTƏMLİ

AzNews.az