İki maşın toqquşdu - Direktor və müəllim yaralandı (Video + Foto)

14 Yanvar 2017 18:50 (UTC+04:00)

ARB 24 xəbər verir ki, Tovuz şəhər sakini, 35 yaşlı Gündüz Məmmədovun idarə etdiyi "Ford" markalı yük avtomobili ilə Düz Qırıqlı kənd sakini, 57 yaşlı Mehman Məmmədovun idarə etdiyi "QAZ 21" markalı minik avtomobili toqquşub.

Nəticədə "Ford"da olan sərnişin, 52 yaşlı İkram Tağıyev və minik avtomobilinin sürücüsü Mehman Məmmədov, sərnişinləri 63 yaşlı Nazxanım Məmmədova və 53 yaşlı Təranə Məmmədova müxtəlif bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Mehman Məmmədov Düz Qırıqlı kənd orta məktəbinin direktorudur. Təranə Məmmədova isə həmin təhsil ocağının müəllimidir.

***

14:38

Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə Tovuz şəhərinin girişində qeydə alınıb.

Tovuz şəhər sakini, 1981-ci il təvəllüdlü Gündüz Məmmədovun idarə etidyi “Ford” markalı yük avtomobili ilə Düz Qırıqlı kənd sakini, 1960-cı il təvəllüdlü Mehman Məmmədovun idarə etdiyi “QAZ 21” markalı minik avtomobili toqquşub.

Qəza nəticəsində “Ford”da olan sərnişin, 1965-ci il təvəllüdlü İkram Tağıyev və minik avtomobilinin sürücüsü Mehman Məmmədov, sərnişinləri 1956-cı il təvəllüdlü Nazxanım Məmmədova və 1964-cı il təvəllüdlü Təranə Məmmədova müxtəlif bədən xəsarətləri alıblar.

Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanaya yerləşdiriliblər. N. Məmmədovanın vəziyyətinin ağır, digərlərinki isə normal qiymətləndirilir.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırtma aparılır.

Qeyd edək ki, M. Məmmədov Düz Qırıqlı kənd orta məktəbinin direktorudur.

AzNews.az