Xalları tatu ilə gizlətmək olurmuş - Fotolar

14 Yanvar 2017 15:50 (UTC+04:00)

AzNews.az xəbər verir ki, anadangəlmə və qazanılma olan bu xallar əgər rentgen və radioaktiv şüaları, müxtəlif kimyəvi birləşmələr, yəni qurum, daş kömür qatranı, civə, neft istehsalı birləşmələri və başqa təsirlərə məruz qalarsa dəri xərçənginə də səbəb ola bilər. Bəzi insanlarda bu xallar müəyyən komplekslər yaradır ki, bu zaman onlar həmin nevuslara müdaxilə etməli olurlar. Amma, bu zaman, nevusların melanomaya keçmə ehtimalı var. Melanoma dərinin bədxassəli piqment şişi olub çox sürətli inkişafı və pis proqnozu ilə xarakterizə olunur. Lakin, mütəxəssislər bundan da çıxış yolu tapıblar. Belə ki, mütəxəssislər rəssamlarla birgə həmin xallara zədə dəymədən, müdaxilə etmədən də onlardan döymə və ya tatu vasitəsi ilə zövqlü görüntü yaratmağın mümkün olduğunu qeyd edirlər. Bunun üçün onlar müəyyən nümunələr də hazırlayıblar. Həmin nümunələri təqdim edirik: