Tükləri olmayan toyuq istehsal edilir - Xərclər azalacaq

14 Yanvar 2017 17:28 (UTC+04:00)

İsrail geni dəyişdirilmiş tükü olmayan toyuq istehsal etməyə başlayıb.

Sputnik xəbər verir ki, bunlar 2006-ci ildə İsraildəki İbrani Universiteti tərəfindən inkişaf etdirilib.

İsrailli professor Aviqdor Cahaner tərəfindən sektorun xərclərini azaltmağa yönəlmiş bu cür toyuqların tüklərinin yolunmasına ehtiyac yoxdur.

Professor deyir ki, bu, enerjiyə qənaət etməklə yanaşı, ətraf mühiti də çirkləndirmir.

AzNews.az