“Amerikanın bu prosesdə rolu olduğunu inkar etmirik” - Çavuşoğlu

14 Yanvar 2017 20:17 (UTC+04:00)

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu bildirib.

“ABŞ Astanadakı danışıqlarda iştirak edəcək. Amerikanın bu prosesdə rolu olduğunu inkar etmirik”, - deyə Çavuşoğlu qeyd edib. Onun sözlərinə görə, bu məsələ Moskva ilə diplomatik səviyyədə müzakirə olunub.

“Hazırkı mərhələdə hansı tərəflərin hansı səviyyədə Astanada təmsil olunacağı məsələsi nəzərdən keçirilir”, - deyə nazir qeyd edib.

Çavuşoğlu qeyd edib ki, Suriyadakı kürd terror qruplaşmalarının (YPG, PYD) nümayəndələrinin danışıqlarda təmsil olunması yolverilməzdir: “Danışıqlarda nizamlanmaya səmərəli tövhə verə biləcək tərəflər iştirak etməlidir”.

AzNews.az