Turizm şirkətləri qarşısında yeni - Tələblər

14 Yanvar 2017 21:41 (UTC+04:00)

Xezerxeber.az məlumat verir ki, şirkətlər xaricə turist yola salarkən onlara mütləq qaydada bəzi məlumatları verməli olacaqlar. Söhbət səyahət zamanı turistin rastlaşa biləcəyi, həyat və sağlamlığıqlarına təhlükə ola biləcək bütün vəziyyətlərdən gedir. Turizm Assosiasiyası sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edir ki, bu məsələnin qanunla tənzimlənməsi çox əhəmiyyətlidir.

Müzəffər Ağakərimov bu addımı xarici ölkələrdə xüsusilə terror hallarının artması ilə əlaqədar olduğunu qeyd edir. Başqa sözlə, vətəndaşlar xaricə gedərkən başına gələ biləcəklərdən xəbərdar və buna hazır olmalıdırlar.

Turizm şirkətləri turistə lazımı informasiyaları həm şifahi, həm də yazılı formada təqdim edəcək. Bu məlumatlar ekstermal vəziyyətlərdən çıxış yolları olacaq.

Tələblərə əsasən turizm təşkilatçıları səyahət zamanı baş verən neqativ hal haqqında dərhl turistin qohumlarına da xəbər verməli olacaq.

AzNews.az