Göyçay sakini özünü güllələdi

14 Yanvar 2017 21:50 (UTC+04:00)

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Qarabaqqal kəndində qeydə alınıb. Kənd sakini, 1965-ci il təvəllüdlü Zamanov Misirxan İsrayıl oğlu ov tüfəngi ilə ehtiyatsız davranıb və əlindəki silahdan açılan atəş nəticəsində özünü yaralayıb. Sol əlindən ağır xəsarət alan Misirxan Zamanov təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. O, ilkin tibbi yardım göstəriləndən sonra müalicə üçün Bakı şəhərinə göndərilib.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az