Üzərində soyuq silah gəzdirənlər həbs edilə bilər

14 Yanvar 2017 21:55 (UTC+04:00)

Xezerxeber.az-ın məlumatına görə, sirr deyil ki, soyuq silaha ən çox meyl edənlər və üzərində daşıyanların əksəriyyəti gənclərdir. Elə bu səbəbdən, xüsusən də ağır cinayətlərin əksəriyyəti soyuq silah hesab edilən bıçaqla törədilir.

Soyuq silah dedikdə mətbəxdə istifadə edilən bıçaq nəzərdə tutulmur. Soyuq silahlara bıçaq, şüşə parçası, kəsici alətlər, bir sözlə, sağlamlığa zərər verə biləcək bütün bərk əşyalar və aiddir.

Bəs soyuq silahı saxlamaq və üstündə gəzdirmək hansı məsuliyyətə səbəb ola bilər?

Yeri gəlmişkən, o da sirr deyil ki, bu gün istənilən mağaza və bazarda açıq şəkildə soyuq silah hesab edilən bıçaq satılır.

Vəkil Asif Abdullayevin sözlərinə görə, bu tamamilə qanunsuzdur.

Fikrini öyrəndiyimiz gənclər də soyuq silah hesab edilən bıçağın təhlükəli olduğunu və gəzdirmənin yanlış olduğunu deyirlər.

Sözügedən əşyaları könüllü surətdə polisə təhvil verən şəxs, əgər onun əməllərində başqa cinayət əməlinin tərkibi yoxdursa, cinayət məsuliyyətindən azaddır.

AzNews.az