Bakıda kafe yandı - 3 nəfər yaralandı, 10 nəfər təxliyyə olundu

14 Yanvar 2017 22:22 (UTC+04:00)

AzNews.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Xətai rayonunda 4 mərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində vətəndaş tərəfindən icarəyə götürülən ümumi sahəsi 100 m2 olan kafedə yanğın baş verib. Yanğın nəticəsində kafenin yanar konstruksiyaları, içərisindəki əşyalar 56 m2 sahədə və 2-ci mərtəbədə vətəndaşa məxsus mənzilin eyvanında lambirdən ibarət şkaf, 1 ədəd pəncərə çərçivəsi, 1 ədəd kondisioner yanmış, yüksək temperaturdan lambirdən ibarət tavan 9 m2 sahədə əriyib. Yanğın zamanı 3 nəfər xəsarət alıb. Yanğınsöndürənlər tərəfindən 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyyə olunub. Kafenin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 17:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.