Qayıq batdı - 19 nəfər öldü

15 Yanvar 2017 00:00 (UTC+04:00)

“Report” xəbər verir ki, bu barədə yerli hakimiyyət nümayəndəsinə istinadən “Reuters” məlumat yayıb.

İnsident şənbə günü axşam Patna şəhəri yaxınlığında baş verib. Nəşrin məlumatına görə, qayığın tutumu 30 nəfər olsa da, ona 50 sərnişin minib. Hazırda 19 nəfərin meyiti tapılıb, 10-12 nəfərin üzərək sahilə çıxdığı ehtimal edilir. 8 nəfər xilas edilib. Axtarış-xilasetmə işləri davam etdirilir.

AzNews.az