Bakıda ev yandı - evin sahibi yanaraq öldü

15 Yanvar 2017 10:11 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakının Suraxanı rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 m2 olan birmərtəbəli, 4 otaqlı evin 3 otağının yanar konstruksiyaları və dam örtüyü 53 m2 sahədə və ona bitişik tikilmiş vətəndaşa məxsus ümumi sahəsi 70 m2 olan birmərtəbəli, 2 otaqlı evin dam örtüyü 15 m2 sahədə yanıb.

Yanğının kəşfiyyatı zamanı yanğınsöndürənlər tərəfindən 1958-ci il təvəllüdlü İsmayılov Nəriman Vəli oğlunun yanmış meyiti aşkarlanmışdır. Evlərin qalan hissəsi yanğından mühafizə olunmuşdur. Yanğın saat 04:46-da yanğınsöndürənlər tərəfindən söndürülüb.