Astaranın Şahağacı kəndində şəhid Fikrət Bəşirovun dəfn mərasimi keçirildi - Fotolar

15 Yanvar 2017 18:11 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, şəhidin tabutu bir neçə saat əvvəl Şahağacı kəndindəki evlərinə gətirilib.

Ermənilərin növbəti təxribatı nəticəsində şəhid olan hərbi qulluqçu F.Bəşirovv müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.

Qeyd edək ki, dörd gün əvvəl şəhidin qız övladı dünyaya gəlib. O, Fizuli istiqamətində şəhid olub.