Kamran Ağayev “Neftçi”də çıxış edəcək

15 Yanvar 2017 19:52 (UTC+04:00)

AzNews.az Apasport.az-a istinadən xəbər verir ki, artıq tərəflər arasında razılıq əldə olunub. “Ağ-qaralar” bu keçidə görə “Boavişta”ya müəyyən məbləğ ödəyəcək.

“Çərçivə qoruyucusu”nun qısa zamanda paytaxt təmsilçisinin sıralarına qoşulacağı gözlənilir.

Qeyd edək ki, hazırda Portuqaliyanın “Boavişta” klubunda çıxış edən Ağayev bir neçə dəfə ölkəyə qayıtmaq istədiyini açıqlayıb.