34 yaşlı qadın özünü öldürmək istədi

16 Yanvar 2017 08:59 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, hadisə ötən gün axşam saatlarında Yenikənddə qeydə alınıb.

Kənd sakini, 34 yaşlı Sitarə Mahmud qızı Rzayeva sirkə turşusu içərək özünə qəsd etmək istəyib. Bundan xəbər tutan doğmaları onu dərhal Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Xəstəxanada ilk tibbi yardım göstərildikdən sonra o, Reanimasiya şöbəsinə yerləşdirilib. Xəstənin vəziyyətinin orta-ağır olduğu bildirilir.

AzNews.az