"Receb İvedik" rinqdə azərbaycanlı rəqibini yıxdı + Video

16 Yanvar 2017 12:33 (UTC+04:00)

AzNews.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, “Recep İvedik 5”in fragmanı tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Fragmanda bir sıra idmançılarla yarışan Recep İvedik azərbaycanlı boksçu ilə də rinqə çıxır. İvedik bu dəfə də qalib gəlməyi bacarır. Lakin sözügedən kadrda əsas obrazın səsləndirdiyi sözlər Türkiyədə yaşayan azərbaycanlıların narazılığına səbəb olub.

Bundan əvvəlki seriyaları ilə rekord tamaşaçı toplayan filmin bu dəfə də ən çox izlənilənlərdən olacağı gözlənilir.

Watch video!