Misirdə qarşıdurma: 8 ölü

26 Yanvar 2013 20:15 (UTC+04:00)





Paytaxt Qahirədə Təhrir meydanına toplaşan yüzlərlə insan hökumətə qarşı şüarlar səsləndiriblər.

Aksiya iştrakçıları prezident Məhəmməd Mursinin və İslamçı müttəfiqlərinin hazırladığı konstitusiyaya dəyişiklik edilməsi tələb ediblər. Aksiya zamanı prezident sarayına daxil olmağa çalışan bir qrup etirazçıya təhlükəsizlik qüvvələrinin müdaxilə etməsi isə qarşıdurmalara səbəb olub. Toqquşmalar nəticəsində 370 nəfər xəsarət alıb.